“Space”dən alpinistlərlə bağlı xəbərə aydınlıq: “Qeyri-peşəkarlıq haradadır?”backend

“Space”dən alpinistlərlə bağlı xəbərə aydınlıq: “Qeyri-peşəkarlıq haradadır?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, musavat.com-a açıqlama verən televiziyanın icraçı direktoru Kamil Şahverdiyev səsləndirilən fikirlərdə qərəz olduğunu deyib: “Bizim Xınalıqda bölgə müxbirimiz var, Bakıdan da müxbir ezam etmişik. Bölgə müxbiri demədi ki, alpinistlərdən biri tapılıb. Kənd sakini dedi ki, belə bir xəbər almışıq, sevinmişik, amma dəqiq olub-olmadığını bilmirik. Sonra da xüsusi müxbirimiz dəqiq məlumatı verdi. Başa düşmürəm ki, burada qeyri-peşəkarlıq haradadır? Düşünürəm ki, bizi qarşı tənqidi fikir səsləndirənlər qərəzlidir. Burada qərzə aydın hiss olunur”.

Qeyd edək ki, Xınalıqda olan telekanalın müxbiri kənd sakinindən açıqlama alıb. Kənd sakini isə alpinistlərdən birinin tapıldığı barədə məlumat aldıqlarını iddia edib.

Bir neçə dəqiqə sonra isə sözügedən informasiya təkzib edilib.

Süjet sosial şəbəkələrdə tənqid olunub və telekanal qeyri-peşəkarlıqda ittiham edilib.

İnterpress.az