Məmmədyarov şahmat tacı uğrunda yarışacaqbackend

Məmmədyarov şahmat tacı uğrunda yarışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 14 raunddan ibarət turnirdə dünyanın səkkiz aparıcı qrossmeysteri iştirak edəcək. Dünya vitse-çempionu titulunun sahibi kimi 2018-ci ildə iddiaçılar arasında turnirə vəsiqə almış Sergey Karyakin ilə yanaşı, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da yarışda iştirak edəcək. Şahmatçımız FİDE-nin Qran-Pri yarışlarında uğurlarına görə turnirdə iştirak etmək hüququ qazanıb.

2017-ci ildə FİDE-nin ən yüksək orta reytinqinə malik olan amerikalı Fabiano Karuana və Uesli So, FİDE-nin Qran-Pri yarışlarında ikinci yeri tutan rusiyalı Aleksandr Qrişuk, 2017-ci il Dünya kubokunun finalçıları Levon Aronyan və çinli Din Lijen, həmçinin təşkilatçıların namizədi – rusiyalı şahmatçı Vladimir Kramnik də Berlinə gedəcək.

Dünya çempionu titulu uğrunda matç noyabrın 9-dan 28-dək Londonda keçiriləcək.

İnterpress.az