“Yenə o bağ olaydı” – Dahi şairin anım günüdürbackend

“Yenə o bağ olaydı” – Dahi şairin anım günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1908-ci ilin iyu ayının 5-də Bakıda ziyalı ailəsində anadan olan Müşfiq Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə pedaqoq kimi başlayan şair Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Son iş yeri hazırda onun adını daşıyan 18 saylı orta məktəb olub.

Mikayıl Müşfiq yaradıcılığa 1926-cı ildə \”Gənc işçi\” qəzetində çap etdirdiyi \”Bir gün\” şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.

1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürmüşdür.

Şair 1938-ci ilin yanvar ayının 6-da cəza tədbirləri dövründə güllələnmişdir.

Müşfiqin \”Yenə o bağ olaydı\”, Oxu, tar\” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

İnterpress.az