İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın “Vestnik Kavkaza” analitik portalında dərc olunmuş məqalədə bildirilib.
Məqalədə bildirilir ki, ilkin hesablamalara görə, 2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) $39,21 mlrd olub. Halbuki, həmin dövrdə Gürcüstanın ÜDM-i $15,23 mlrd, Ermənistanınkı isə $11,04 mlrd. təşkil edib.
Azərbaycan ÜDM-i əvvəlki ilə nisbətən 4,4% artıb. Gürcüstanda artım 6,28%, Ermənistanda isə 4,47% təşkil edib.
Daha dəqiq göstərici – alıcılıq qabiliyyəti pariteti üzrə (beynəlxalq dollarla) ÜDM isə Azərbaycan iqtisadiyyatının əslində daha böyük üstünlüyə malik olduğunu ortaya çıxarıb. Azərbaycanın alıcılıq qabiliyyəti pariteti üzrə ÜDM-i 2017-ci ildə $166,8 mlrd, olub. Bu göstərici Gürcüstanda $39,32 mlrd, Ermənistanda isə $27,21 mlrd. təşkil edib.
Son rəqəmlər göstərir ki, Azərbaycanda yaşamaq Ermənistanla müqayisədə təxminən 2 dəfə, Gürcüstanla müqayisədə isə 1,6 dəfə ucuz başa gəlir. Hər iki respubilkadan son 25 ildə müşahidə olunan böyük köçün əsas səbəbi budur.
İnterpress.az