İnterpress.az xəbər verir ki, bu fikiri Politoloq Zaur Məmmədov deyib.
\”Bu hüquq ancaq bir Şəxsə məxsusdur. Dünya azərbaycanlıları adlı hər bir təşkilat Bakının icazəsi ilə yaradılmalıdır. Dünəni bəlli olmayan, millətə və dövlətə ziyan vuraraq öz ciblərini güdən şəxslərin hər hansı ölkədə 3- 4 nəfəri yanına yığaraq təşkilat sədri olmasına imkan vermək olmaz. Ayıbdır.
Yeri gəlmişkən, bunu hamı çox yaxşı bilir ki, dünyanın heç bir ölkəsində azərbaycanlıların lideri \”filankəslər\” yoxdur. Nəinki ölkələrdə, heç onların şəhərlərində belə, bir sanballı, hamı tərəfindən tanınan və həmyerlilərimizin yeganə diaspora təşkilatının lideri kimi qəbul etdiyi şəxs və şəxslər yoxdur.
Dünyanın ayrı – ayrı ölkələrində fəaliyyət göstərən diaspora təşkilatları ilə işləmək olduqca çətindir. Burada bir sıra amillər var. Milli mentalitetdəki fərdiçilikdən tutmuş, ayrı – ayrı adamların yaşadıqları dövlətlərin xüsusi xidmət orqanlarına işləməsinə qədər…. Lakin, bu o demək deyil ki, kimlərsə təmamilə haqlıdır.
Problemlər çoxdur. Problemlərin öhdəsindən gəlmək üçün ciddi islahatlara ehtiyyac var. Rusiyadan başlayaraq dünyanın bütün ölkələrində diaspora təşkilatlarının yenidən qurulmasına ehtiyyac var. Rusiya Azərbaycanlıları Konqresinin 2017 -ci ilin baharında bağlanması orada yaşayan həmvətənlərimizin həyatına heç zərrə qədər təsir etmədi. Təsəvvür edirsiniz, bir ölkədə sizin ümummilli təşkilatınız bağlanır, siz isə bunu heç hiss etmirsiniz.
O ki qaldı Avropa Azərbaycanlıları Konqresi və bu kimi digər belə adı böyük səslənən təşkilatlara.. Ayıbdır. Belə çıxır kı, sabah mən Parisə köçüb, orada 5- 10 dostumu yanıma yığaraq Avropanın vahid azərbaycanlıları konqresini yarada bilərəm? Hüquqi cəhətdən bu kimi təşkilatların yaranmasında heç bir problem yoxdur. Amma, ayrı – ayrı diaspora təşkilatların rəhbərləri məhz \”Azərbaycan\” sözünə görə üzərlərində məsuliyyət hiss etməlidirlər.
Diaspora sahəsində fəaliyyət – könül işidir. Bu bir eşqdir. Millətinə, vətəninə və dövlətinə eşq!\”
İnterpress.az