İnterpress.az xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) məlumat yayıb. Verilən məlumata görə yeraltı təkanlar İranın İraqla sərhədi yaxınlığında qeydə alınıb.
Hadisə bu gün günorta saatlarında qeydə alınıb. 4 bal gücündəki yeraltı təkanların episentri Kirman şəhərindən 66 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Qeyd edək ki, ötən gün İranın qərbində 5,1 bal gücündə baş verən zəlzələ nəticəsində azı 20 nəfər xəsarət alıb.
İnterpress.az