Çeçen nazirdən Kərbəla adı ilə Goranboya aparılan qadınla bağlı – Açıqlamabackend

Çeçen nazirdən Kərbəla adı ilə Goranboya aparılan qadınla bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Yenicag.az-a istinadən xəbər verir ki, Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Ömərov 1914-cü il təvəllüdlü Mədinə Əliyevanın Çeçenistana aparılacağını deyib.

“Nənə özünün də istədiyi kimi Çeçenistan torpağında yaşayacaq. Ona bütün lazımi kömək göstəriləcək. O, öz xalqının arasında oğullar da, qardaşlar, nəvələr, nəticələr də tapacaq – məcazi mənada nəzərdə tuturam”.

Ömərov qadının Dağıstanın Xasavyurt rayonunun Osmanyurt kəndinin sakini olduğunu da əlavə edib.

Xatırladaq ki, Mədinə Əliyeva Azərbaycanın şimal-qərbində, Goranboyda tapılıb. O, İraqa ziyarət üçün yollandığını, lakin yol yoldaşları tərəfindən soyulduğunu bildirib. Yaşlı qadının sözlərinə görə, onun 200 dollar pulu və qızıl sırğaları oğurlanıb.

İnterpress.az