İnterpress.az Aznews.az-a istinadən xəbər verir ki, sənətçi “Gəl mənə əl çək, Müşfiq” adlı şeiri şairin “Rəssam” şeiri ilə bağlı olaraq yazıb.
Həmin şeiri təqdim edirik:
Gəl mənə əl çək, Müşfiq
6 yanvar anım günündür, Müşfiq
Sənin o gün qanın axıbdır, Müşfiq
Bu gün sənin məzarın yoxdur, Müşfiq
Ramiz Rövşən demişdir ki, ay Müşfiq
Milyon-milyon qəbir varsa,
Bir qəbirsiz şair varsa,
Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə
Tfu üzünə dünyanın
Qələmlərdə yerin sənin
Kağızlarda, qəlblərdə
Könlümdə nə varsa
Açayım dağlara
O dillərdə bu dillərdə
Dənizlərdə, tarlalarda, təbiətdə, bəşəriyyətdə
Axı necə əl çəkim?
Qəhqəhələrdir Müşfiq.
Ha-ha-ha-halardır Müşfiq.
Məzaristanlardır Müşfiq.
Məkanın cənnətdir, Müşfiq.
Gəl məni çək
Məni sən çək
Çək mənə əl, can Müşfiq
Ruhun şad olsun, Müşfiq
Şad-xürrəm otur, Müşfiq…
İnterpress.az