“Axtarışlar alpinistlər tapılana kimi davam etdiriləcək”backend

“Axtarışlar alpinistlər tapılana kimi davam etdiriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən bunu xəbər verir ki, fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda keçirilən mətbuat konfransında deyib.

Nazir müavini bildirib ki, itkin düşən 3 alpinistin axtarışında ancaq peşəkarlar iştirak etməlidir: \”Burada avstriyalı mütəxəssislər iştirak edir. Onlar deyirlər ki, belə havada onların ölkələrində ümumiyyətlə axtarış aparmırlar. İtkin düşən alpinistlər ən asan – B 1 marşrutu üzrə hərəkət etməliymişlər. Sonradan marşrut dəyişib. Həmin marşrut üzrə ərazilər seçilib, birinci ərazi yoxlanılıb, orada alpinistlərə rast gəlinməyib\”.

Quba rayonu ərazisində itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı davam etdirilir.

İnterpress.az