“Həyat yoldaşımdan ayrıldığıma peşman deyiləm” – Xatunbackend

“Həyat yoldaşımdan ayrıldığıma peşman deyiləm” – Xatun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aparıcısı Elgiz Əkbərin olduğu verilişdə xanım ifaçı uğursuz alınan evliliyindən danışıb.

Xatunun açıqlamasını olduğu kimi təqdim edirik:

\”1994-cü ildə XI sinifi qurtaran kimi uzaq qohum mənə elçi gəldi. Sonra ailə qurdum, övladım oldu. Oğlum olandan sonra, oxumaqdan söhbət gedə bilməzdi. 5 ilə yaxın ailəli oldum. Xasiyyətimiz tutmadığına görə ayrıldıq. Bəlkə məndə də günah var idi. İki insan ayrılırsa, bu, birtərəfli ola bilməz. İkisində də günah olur. Erkən yaşda ailə həyatı qurdum deyə, uşaq idim deyə psixologiyam bəlkə də hazır olmadığı üçün ailə həyatına uyğunlaşa bilmirdik. Maddi vəziyyətimiz çox gözəl idi, əla idi\”.

Aparıcının \”İndi peşmansan ayrılmağına?\” sualına Xatun: \”Yox, ayrıldığıma peşman deyiləm\” cavabını verib.

İnterpress.az