ARB TV xəbər verir ki, rayon sakini 57 yaşlı İsrail Hüseynov çoxsaylı bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Tibbi yardım göstərilən yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.
İnterpress.az