\”AzPolitika.info”ya təhsil sektorundakı mənbədən daxil olan məlumata görə, M.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.
Onun tutduğu vəzifədən öz ərizəsi əsasında uzaqlaşdırıldığı bildirilsə də, belə hesab olunurdu ki, M.Məmmədova əslində qardaşı Ziya Məmmədova siyasi hakimiyyətin neqativ münasibətinə görə direktor vəzifəsindən kənarlaşdırılıb. Lakin belə görünür ki, M.Məmmədova həqiqətən də daha yüksək vəzifə əldə etmək üçün əvvəlki işindən imtina edib.
Xatırladaq ki, Q.Novruzov Misir Mərdanovun dövründə Təhsil nazirinin müavini olub.
Belə ki, 2011-ci ilin sentyab ayında Prezident İlham Əliyev gözlənilmədən Təhsil nazirinin hər üç müavinini – İradə Hüseynova, Elmar Qasımov və İsgəndər İsgəndərovu tutduqları vəzifələrdən azad etmiş, elə həmin gün nazirliyin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Qulu Novruzovu nazir müavini təyin etmişdi. Lakin Mikayıl Cabbarov Təhsil naziri təyin olunandan az sonra o, nazir müavini vəzifəsindən uzaqlaşdırılmış, 1 ay sonra isə aşağı vəzifəyə – Təhsil Problemləri İnstitutuna direktor təyin olunmuşdu.
8 aprel 2016-cı ildə isə Təhsil Problemləri İnstitutunun direktoru vəzifəsindən azad olunan Qulu Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor təyin olundu.
Onu da qeyd edək ki, Nazirlər Kabinetinin \”Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik etməsi nəticəsində Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.
İnterpress.az