İnterpress.az xəbər verir ki, bu barədə Röyters agentliyi xəbər yayıb. Bildirilir ki, iki jurnalist ölkənin Məxfilik Aktını pozmaqda ittiham olunublar. Prokurorlar Yanqonda keçirilən məhkəmə zamanı Ka Van Lo və Ko Kya Soya qarşı rəsmi ittihamlar səsləndiriblər.
Qeyd edək ki, jurnalistlər dekabr ayında iki polis əməkdaşı tərəfindən məxfi sənədlər əldə etdikləri şübhəsi ilə həbs ediliblər.
Əslində isə onlar müsəlmanlara qarşı zorakılıq hallarını işıqlandırıblar.
İnterpress.az