Ötən gün günorta saatlarından etibarən Şamaxıya yağan qar bir sıra çətinliklər yaradıb.
İnterpress.az arbtv-yə istinadən xəbər verir ki, süsusən də dağ kəndlərinə gedən yollar buz bağlayıb. Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeybəri kəndlərinə gedən yolda avtomobillərin hərəkətində məhduddiyyətlər yaranıb. Bəzi sürücülər avtomobilləri yol kənarında saxlamalı olublar. Bakı-Şamaxı- Yevlax, Şamaxı-Muğanlı-İsmayıllı və Şamaxı-Pirqulu magistralları səhər saatlarında buz bağlayıb. Əraziyə cəlb olunmuş texnika və canlı qüvvənin köməyi ilə yollar təmizlənib, qum-duz qarışığı səpilib. Hazırda sözügedən yollarda avtomobillər rahat şəkildə hərəkət edir. Bununla belə, gecə saatlarında şaxtalı hava səbəbindən yolların yenidən buz bağlayacağı istisna edilmir.
İnterpress.az