Sərdar Ortac: “Küsülü olduğum Ebru Gündəş…”backend

Sərdar Ortac: “Küsülü olduğum Ebru Gündəş…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ifaçı həmkarından barışıq addımı gözlədiyini deyib: “Mən çəkingən biriyəm. Ebrunun yanına getməyə qorxuram. Amma çağırsa, qaça-qaça gedərəm. “Gözünü sevdiyim, barışaq” deyərəm. Məni musiqi dünyasına Ebru gətirib. Amma çətin günlərində ona dəstək ola bilmədim. Mənə əsəbləşdi, amma çox hirslənməyib. Bir neçə dəfə rast gəldik. Hal-əhval tutduq. Əvvəlki kimi yaxın deyilik. Bundan sonra kiməsə kin saxlamaram”.

Qeyd edək ki, Rza Zərrab 2013-cü ildə həbs olunanda Sərdar Ebru Gündəşdən uzaq durmuşdu, onunla maraqlanmamışdı. Ebru isə “Sərdar həbs olunanda ona dəstək oldum. O isə mənimlə maraqlanmadı. Dostluq bitdi”, – demişdi. (musavat)

İnterpress.az