Apasport.az saytının məlumatına görə, belə komandalardan biri “Qlazqo Reyncers” də növbəti matçını keçirib.
“Qəbələ”nin keçmiş oyunçusu Endi Hallideyin yenidən üz tutduğu komanda Amerika turnesi çərçivəsində Braziliyanın “Korintians” klubu ilə üz-üzə gəlib. Görüş şotlandiyalıların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hallidey isə komandasına dönüşünü qolla qeyd edib. Oyuna ehtiyatdan başlayan Endi 70-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.
İnterpress.az