İnterpress.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Klinik Xəstəxananın kardioloqu Firdovsi İbrahimov deyib.
F. İbrahimov bildirib ki, İ. Qəmbər xəstəxanaya gətirilərkən problemi çox ciddi olub: “Bu gün artıq onun vəziyyəti müsbətə doğru dəyişməkdədir, müalicə prosesi davam edir. İsa Qəmbər bir neçə gün xəstəxanada qalacaq. Bütün lazımi tədbirlər görülüb. O həkimlərin ciddi nəzarəti altındadır”.
O qeyd edib ki, ürəkgücləndirici müalicələr davam etdiriləcək.
Qeyd edək ki, ötən həftə Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.
İnterpress.az