Gürcüstanda keçmiş general öldürüldübackend

Gürcüstanda keçmiş general öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Gürcüstan mediasına istinadən bildirir ki, ilkin məlumata görə, Kutateladze odlu silahdan açılan atəşdən başından yaralanıb.

Bazardakı satıcılar deyirlər ki, onlar atəş səsi eşitməyiblər və qətlin səsboğucu silah vasitəsilə reallaşdırıldığı ehtimal olunur.

Ölənin tanışı və bazarın ortağı Uzi Nonun sözlərinə görə, Samson Kutateladzenin heç kimlə münaqişəsi olmadığından versiya haqda danışmaq çətindir.

Samson Kutateladze 2008-2012-ci illərdə majoritar seçki sistemi üzrə deputatı olub.

Kutatetladze 1991-ci ildə Gürcüstanın Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə işləyib.

2001-ci ilə qədər Saçxersk batalyonunda işləyib, 2001-ci ildən Milli Qvardiyada qulluq edib, 2004-2006-cı illərdə Milli Qvardiyanın generalı olub.

İnterpress.az