İnterpress.az xəbər verir ki, bu barədə qurumun “Twitter” səhifəsində bildirilib.
Məlumatda bildirilir ki, Suriya müxalifəti Rusiyanın Soçi şəhərində keçiriləcək tədbiri boykot edir.
Qeyd edək ki, Rusiya, Türkiyə və İran yanvarın 29-30-da Soçidə Suriya cəmiyyətinin bütün qruplarının iştirakı ilə Milli Dialoq Konqresinin keçiriləcəyini bəyan edib. Milli Dialoq Konqresində 1600 nəfərə yaxın adamın iştirak edəcəyi gözlənilir. Rusiya XİN-i tədbirə müşahidəçi qismində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri, bir sıra regional və beynəlxalq tərəfdaşları dəvət edib.
İnterpress.az