ABŞ-da qalmaqal: Miqrantları zəncirlədilərbackend

ABŞ-da qalmaqal: Miqrantları zəncirlədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın qalmaqallı qərarından sonra qanunsuz miqrantların ölkədən deportasiya prosesi başlayıb.

İnterpress.az xəbər verir ki, deportasiya edilmək üçün Çikaqodakı hava limanına gətirilən qanunsuz miqrantların əlləri və ayaqları zəncirlənib

Donald Tramp prezident seçildikdən sonra ölkə gündəmində böyük mübahisələrə səbəb olan qanunsuz miqrantların deportasiya edilmə prosesi davam edir. Məxfilik şəraitində aparılan deportasiya etmə əməliyyatı zamanı qeyri-qanuni miqrantlar təyyarəyə mindirilərək ölkə xaricinə göndərilir.

ABŞ-da qeyri-qanuni miqrantların deportasiyası görüntülənib. Əlləri və ayaqları zəncirlənən qanunsuz miqrantların arasında qadınların da olması diqqəti çəkib.

Deportasiya zamanı hava limanına gələn kiçik bir qrup buna etiraz edib.

İnterpress.az