İt və sahibəsi eyni vaxtda xərçəng oldu – Qəribə olaybackend

İt və sahibəsi eyni vaxtda xərçəng oldu – Qəribə olay

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Labrador cinsindən olan itdə veterinarlar xərçəngin aqressiv formasi diaqnozunu qoyur və metastaz verdiyindən kimyaterapiya etmək üçün gec olduğunu bildirirlər. Proqnozlara görə itin ömrünə 6 ay qalmışdı.

Lakin 6 ay sonra itin vəziyyəti qəti pisləşmir, əksinə iştahı, aktivliyi yaxşı idi. 2015-ci ildə isə itin sahibəsi Sarada döşündə bədxassəli şiş aşkar etdilər. Sara əməliyyat olunur və kimyaterapiya keçir.
Bu çətin ərəfədə it sahibəsinin yanından ayrılmır.

\” Mənim halım pis olanda, xəstəxanada, evdə Frey mənim xilaskarım olurdu. Daim yanımda uzanır, başını sinəmə, dizimə qoyurdu. Mən inanıram ki, itlərin 6-cı hissi var. Mənə elə gəlir ki, Freya ona görə ölmədi ki, mənə xərçənglə mübarizədə dəstək olsun. Bəzən mən ona baxıb qorxmuram, qalib gələcəyimi düşünürəm, ondan ilhamlanıram. Əgər o veterrinarın dediyi kimi, 6 aydan sonra ölsəydi, bu xəstəliklə tək necə mübarizə aparacağımı təsəvvür etmirəm”- deyə Sara bildirir.

\”O ki qaldı itin xəstəliyinə, o 4 ildir ki, yaşayır və aktivdir. O, super qəhrəmandır. Bu onu göstərir ki, həkimlər çox vaxt səhv edə bilər.\” (medicina.az)

İt və sahibəsi eyni vaxtda xərçəng oldu – Qəribə olay

İnterpress.az