Bununla da qan dövranı yaxşılaşır, venalarda tıxanıqlıq açılır, təzyiq normaya düşür. Ayaqlardan başa kimi qan damarları titrədiyindən qan axınında dəyişim baş verir. Beynin fəaliyyəti yaxşılaşır, başda ağırlıq və ağrıdan əsər-əlamət qalmır.
Hərəkət üçün: düz dayanırsız, dabanlar birləşir, dişlər yüngülcə sıxılır. Dabanlar döşəmədən, yerdən 5 sm yuxarı qaldırılır. Barmaqlarınızın ucunda qalırsız. 4-5 dəqiqə saxlayıb, birdən, qəfildən, yüngül zərbə ilə döşəməyə vurursuz. Bu zaman venoz klapanlar əlavə güc alaraq, qanı yuxarı qovur.
Hərəkət 30 dəfə təkrarlanır. Gündə 5 dəfə edin. Bədənin bu cür vibrasiyası tromboflebit, infarkt, insult kimi qan-damar pozğunluqlarının profilaktikası üçün əvəzsizdir. Oturaq işdə və ayaq üstə çox çalışanlar üçün vacibdir. (medicina.az)
İnterpress.az