İnterpress.az qaynarinfo-ya istinadən xəbər verir ki, SDP lideri açıqlama ilə çıxış edərək ciddi dəyişikliyə ehtiyac olduğunu və partiya daxilindəki mübahisələrə son vermək istədiyini dilə gətirib. Şulz partiya liderinin 22 apreldə keçiriləcək qurultayda müəyyənləşdiriləcəyini bildirib.
Qeyd edək ki, SDP ötən həftə Xristian Demokratlar Partiyası ilə hökumət qurulması məsələsində razılığa gəlmiş, bununla ötən ilin sentyabrından bəri davam edən hökumət böhranının yekunlaşması üçün ciddi addım atılmışdı. Daha sonra Martin Şulzun yeni hökumətdə xarici işlər naziri vəzifəsinə təyin edilmək istəməsi narazılıqlara səbəb oldu və o, bu istəyindən imtina etdiyini deyərək partiya sərdliyindən istefa verdi.
İnterpress.az