Bütün bunları \”Noah\”, yəni Nuh adlı gənc söyləyib.
Apex TV-nin hazırladığı və YouTube-də paylaşdığı videonun qəhrəmanı belə deyir. Səsi dəyişdirilən, üzü gizlədilən gənc \”gələcəkdən gəlmiş insan\” olduğunu söyləyir.
Onun sözlərinə görə, 2030-cu ildə ABŞ-da İlana Remike adlı şəxs prezident seçiləcək.
\”Nuh\”un proqnozlarından bəzilərini təqdim edirik: \”Qlobal iqlim dəyişiklikləri və istiləşmə nəticəsində Şimali Amerikada havanın orta temperaturu artacaq, Avropada isə, əksinə azalacaq. Elektromobillər dizel mühərrikli avtomobillərdən də sürətlə hərəkət edəcəklər\”.
\”Nuh\” daha sonra bildirib ki, onun, əslində, 50 yaşı var. Anoreksiyaya tutulduğu üçün 25 yaşlı gənc təsiri bağışlayır.
Onun dedikləri şübhə doğurduğundan \”Nuh\” yalan detektorunda yoxlanıb.
Detektorun göstəricilərinə görə, \”Nuh\” yalan danışmayıb. (milli.az)
İnterpress.az