Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda son illərə qədər Sevgililər Günü fevralın 14-də qeyd olunurdu. Buna Valentin Günü də deyirlər. Amma son illər öz milli kimliyimizə hörmət, Azərbaycançılıq, milli dəyərlərə hörmət və sevgi əlaməti olaraq 30 iyun Sevgililər Günü kimi qeyd olunur. Bu isə 20 Yanvar şəhidləri İlhamla Fərizənin evlilik günü ilə əlaqədardır.
Lakin bəzi işbazlar 14 fevralın bir lazımsız tarix kimi milli adət ənənəmizdən silinməsinə mane törətməklə yanaşı 14 fevralın öz piarları üçün təbliğinə çalışırlar.
Belə işbazlardan biridə \”Hell Energy\” şirkətidir. Bu gün şirkətin əməkdaşları şəhərin mərkəzində pulsuz olaraq\”Hell Energy\” və qızıl güllər paylayıb gəncləri milli dəyərlərimizə zidd olan 14 fevral \”sevgililər günü\” münasibəti ilə təbrik ediblər.
İnterpress.az