ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) internet səhifəsində keçən ayın sonunda edilən yenilənmələrdəki ölkə profilləri bölümündə PYD/PKK-nın “Suriyadakı xarici mənşəli terror təşkilatları” arasında yer aldığı görülmüşdü.
Bu gün yayılan açıqlamada ABŞ Konqresinə təqdim edilən kəşfiyyat hesabatında terror təşkilatı YPG-nin “PKK-nın Suriyadakı milis qüvvələri” və “muxtar bir bölgə axtarışında” olduğu qeyd olunub.
ABŞ-ın Milli Kəşfiyyatının (DNI) direktoru Dan Coats tərəfindən Konqresə təqdim edilən “ABŞ Kəşfiyyat Cəmiyyətinin Təhdidlərin Dünya miqyasında Qiymətləndirilməsi” hesabatında YPG-nin “PKK-nın Suriyadakı milis qüvvələri olduğu” bildirilib.
ABŞ-ın Milli Kəşfiyyatının direktoru Dan Coats Senatın Kəşfiyyat Komitəsindəki dinləmələrdə həmin hesabatı senatorlara təqdim edib.
Hesabatın Suriya ilə bağlı bölümündə “PKK-nın Suriyadakı milis qüvvələri olan YPG, bir növ muxtar quruluş axtarışındadır. Lakin YPG Türkiyə, Rusiya və İranın müqaviməti ilə qarşılaşacaq”, ifadələri yer alıb.
YPG-nin PKK terror təşkilatının Suriyadakı əlavəsi olduğu açıq şəkildə bildirilən hesabatda bu terror təşkilatının muxtar bir idarəçilik axtarışında olduğunu göstərilməsi diqqət çəkib. (avropa.info )
İnterpress.az