İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Bizim prezident, Ali Baş Komandana uzun ömür arzulayıram, qoy dövləti ömrünün sonuna kimi idarə etsin, biz də ona sadiq şəkildə xidmət edək və qoyulan bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirək”, – deyə Kadırov yazır.
Kadırov qeyd edir ki, məhz Putinin dəstəyi sayəsində Çeçenistanda terrorun kökü kəsilib, həmçinin bir sıra sosial-iqtisadi problemlər həllini tapıb.
Onun sözlərinə görə, Çeçenistan Respublikası çiçəklənir, onun sakinlərinin işləməsi, təhsil alması, istirahəti və özünü təsdiqləməsi üçün dövlət hər cür şərait yaradır.
İnterpress.az