İnterpress.az xəbər verir ki, bu barədə yerli polisə istinadən \”Franc Press\” məlumat yayıb.
Bildirilir ki, 43 yaşlı Paris sakini və onun 11 yaşlı yeniyetmə qızı 7 xizəkçidən ibarət qrupun tərkibində qar uçqunu təhlükəsinin yüksək olması səbəbindən bağlı olan Kobm dö Jean dağları zonasındakı Val-d`İzer dağ kurortu yaxınlığında sürüşürlərmiş.
BFM telekanalının məlumatına görə, qar uçqunu 3 min metrdən çox yüksəklikdə baş verib.
Xilasedicilər ata və qızının cəsədini 2 min 930 metr yüksəklikdə tapıblar.
İnsan ölümü faktı ilə bağlı Albervil şəhər prokurorluğu araşdırma aparır.
İnterpress.az