Ölkə.Az-a Agstafa rayon prokurorluğundan verilən məlumata görə, şəhərin Rəsulzadə küçəsi 6 ünvanında yerləşən binada yaşayan Niyazov Rauf Fikrət oğlu özünü 5-ci mərtəbədən atmaq istəyib. Ancaq əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları R.Niyazovla profilaktik söhbətlər apardıqdan sonra o, fikrindən daşınıb. Həmin şəxsin binada kirayə yaşadığı bildirilir.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
İnterpress.az