İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəisinin böyük köməkçisi Yuliya İvanovaya istinadən TASS məlumat yayıb.
Onun sözlərinə görə, fevralın 19-da “Severnı bulvar”da yerləşən yaşayış evinin mənzilində 1984-cü il təvəllüdlü kişi meyiti tapılıb.
“Vizual baxış zamanı beş bıçaq yarası şəklində zorakı ölüm əlamətləri aşkar edilib”, – deyə İvanova əlavə edib.
Faktla bağlı cinayət işi qaldırılıb. TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, öldürülən şəxs klublarda konsertlərlə çıxış edən və Pyotr Qara kimi tanınan müğənni Pyotr Petrenkodur. (report)
İnterpress.az