Ərdoğan son nöqtəni qoydu: “Əsədin əsgərləri Afrinə girərsə, sonları olar”backend

Ərdoğan son nöqtəni qoydu: “Əsədin əsgərləri Afrinə girərsə, sonları olar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ərdoğanın Putinlə danışıqlarında başda Afrin və İdlib olmaqla Suriyada son proseslər müzakirə edilib.

Telefon danışığında, xüsusilə, İdlib Gərginliyi Azaltma Bölgəsində yeni müşahidə nöqtələrinin yaradılması məsələlərinə diqqət yönəldilib. Ərdoğan YPG terror təşkilatı ilə Əsədin razılığa gəlməsi ilə bağlı Putinə, “Suriya rejimi bu yola girərsə, sonu olar”, xəbərdarlığını edib.

“Zeytun budağı” əməliyyatı ilə bağlı fikirlərini açıqlayan Ərdoğan Putinə əməliyyatların planlaşdırıldığı kimi davam edəcəyini bildirib.

Ərdoğanın Ruhani ilə telefon danışığında terror təşkilatları ilə mübarizədə əməkdaşlığın əhəmiyyətindən danışılıb. Həmçinin, Suriyada münaqişənin həlli ilə bağlı Astana prosesi və Soçi konqresi də müzakirə edilib. (avropa.info )

İnterpress.az