İnterpress.az xəbər verir ki, MDB İcraiyyə Komitəsindən \”Report\”a verilən məlumata görə, qərar bu gün Minskdə keçirilən MDB-nin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclasında qəbul edilib.
İcraiyyə Komitəsindən bildiriblər ki, hazırda müşahidə missiyasının formalaşdırılması prosesi gedir.
\”Report\”un daha əvvəl xəbər verdiyi kimi, MDB-nin uzunmüddətli müşahidə missiyası Bakıya martın 20-də, qısamüddətli missiya isə seçkilərdən bir neçə gün əvvəl gələcək.
Xatırladaq ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutacaq.
İnterpress.az