İnterpress.az xəbər verir ki, dünən saat 17 radələrində Xətai rayonu Məhəmməd Hadi küçəsində Bakı şəhər sakini Mayil Məsimov idarə etdiyi “Daewoo” markalı, 10 TC 280 dövlət nömrə nişanlı avtobusla yolu keçən Biləsuvar rayon sakini Tarıqulu Orucovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
İnterpress.az