İnterpress.az Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən xəbərt verir ki, bu dəfə atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevanın dopinq-testi müsbət nəticə verib.
23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu üzə çıxıb. 3 təkanla tullanmada İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısının (Palembankda qızıl, Bakıda bürünc medal) orqanizmində furosemid aşkarlanıb. Bu səbəbdən də Sarıyeva 12 aylıq diskvalifikasiya olunub.
Onun cəza müddəti ötən il sentyabrın 23-dən hesablanmağa başlanılıb.
Qeyd edək ki, AMADA Sarıyevayadək daha 5 idmançımızı diskvalifikasiya etmişdi.
İnterpress.az