İnterpress.az Musavat.com-a istinadən xəbər verir ki, əsl ailəsini axtaran Həsəncan adlı gənc atasının dayısı olduğunu və illər öncə anasına təcavüz etdiyini öyrənib.
Verilişə zəng edən gəncin anası “13 yaşımda qardaşım mənə təcavüz etdi. Bu birlikdəlikdən hamilə qaldım. Atam oğlumu zibilliyə atmağa qıymadı. Hadisəni ört-basdır etmək üçün onu övladlıq verdi. Hazırda xərçəng xəstəsiyəm. Qapım övladıma açıqdır”, – deyə bildirib.
Həqiqəti öyrənən Esra Erol, \”Siz necə insansınız? Sizdən də, özümdən də utanıram”- deyərək şoka düşdüyünü bildirib.
İnterpress.az