İnterpress.az xəbər verir ki, bu barədə \”Report\”un Fransa bürosuna AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda məlumat verib.
Onun sözlərinə görə, hər iki həmməruzəçi aprelin 10-da AŞPA müşahidə missiyasının tərkibində Azərbaycanda keçiriləcək Prezident seçkilərinin muşahidə etmək üçün Bakıya gələcəklər.
S.F.Preda qeyd edib ki, AŞPA-nın həmməruzəçiləri olaraq mayda növbəti dəfə Azərbaycana səfər etməyi planlaşdırırlar.
Xatırladaq ki, martın 15-də Parisdə AŞPA Bürosu Azərbaycanda keçiriləcək Prezident seçkilərini muşahidə etmək üçün missiyanın tərkibini təsdiqləyib. 33 nəfərlik missiyaya rumıniyalı parlamentar Viorel Riçard Badea rəhbərlik edəcək.
İnterpress.az