İnterpress.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir.
M.Pənahov qeyd edib ki, MSK-da akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 615-dir.
O bildirib ki, ölkə üzrə akkreditasiyadan keçən müşahidəçilərin sayı isə 42 mindən artıqdır.
Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb.
İnterpress.az