Ermənistan VI Qlobal Bakı Forumundan narahat olmağa başlayıbbackend

Ermənistan VI Qlobal Bakı Forumundan narahat olmağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bakıda “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun keçirilməsi erməniləri narahat etməyə başlayıb.

Forumdan narahatlığını ifadə edən Ermənistan mətbuatı bundan sonra Qərbin Ermənistana qarşı təzyiqlərini gücləndirəcəyini qeyd edib.
Bakıda keçirilən VI Qlobal Bakı Forumunda Azərbaycanın torpaqlarının işğal olunmasının müzakirə mövzusuna çevrilməsi Ermənistan hakimiyyətinin ciddi narahatlığına səbəb olub.

Ermənistan hakimiyyətinin narahatlığı ilə bağlı Rusiyaya məlumat verməsi bildirilir. Forumda Rusiyanın mövqeyi Ermənistanın mövqeyi ilə üst-üstə düşmədiyindən hakimiyyət yeni mərhələyə qədəm qoymağa çalışır. Eyni zamanda, bütün bunların Ermənistanın Rusiyanın ən yaxın müttəfiqi olduğu halda baş verməsinin üzücü olduğu vurğulanır.

Ermənistan hakimiyyəti Bakıda keçirilən VI Qlobal Bakı Forumundan sonra Qərbin Ermənistana qarşı yeni sansksiyalar tətbiq edəcəyindən də narahat olduğunu bildirib. Xüsusən, Böyük Britaniyanın baş nazirinin Azərbaycan ilə Böyük Britaniyanın sıx əməkdaşlıq etməsindən bəhs edən müraciəti erməni hökümətini təşvişə salıb. Bunun Ermənistana qarşı mümkün olan bütün ssenarilərdən ən pisi olduğu vurğulanır.

İnterpress.az