İlham İsmayılov: “Xaricdə yaşayan azərbaycanlılar lider kimi İlham Əliyevi dəstəkləyirlər”backend

İlham İsmayılov: “Xaricdə yaşayan azərbaycanlılar lider kimi İlham Əliyevi dəstəkləyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri Ölkə.Az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının və Avropa Azərbaycanlıları Konqresi Məşvərət Şurasının üzvü İlham İsmayılov bildirib.

Martın 28-də Yeni Azərbaycan Partıyası (YAP) Seçki Qərargahı tərəfindən Salyanda hakim partiyanın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası möhtəşəm tədbir keçirildiyini vurğulayan İlham İsmayılov Avropada səfərdə olarkən, xaricdə yaşayan azərbaycanlıların da birmənalı olaraq İlham Əliyevi dəstəklədiklərini müşahidə etdiyini bildirib:

“Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin təbliğ olunmasında, diaspora təşkilatlarının inkişaf etdirilməsində də böyük işlər görüb. Odur ki, xaricdə yaşayan azərbaycanlılar da İlham Əliyevi özlərinin alternativsiz lideri görür, onun apardığı siyasi kursu birmənalı olaraq dəstəkləyirlər”.

İnterpress.az