AŞPA-nın müşahidə missiyası Azərbaycandadırbackend

AŞPA-nın müşahidə missiyası Azərbaycandadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə missiyanın tərkibində yer alan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak məlumat verib.

Onun sözlərinə görə, səfər zamanı nümayəndələr ATƏT DTİHB müşahidə missiyasından olan həmkarları, eləcə də prezidentliyə namizəd olan 8 şəxslə görüşəcəklər.

Aprelin 11-də AŞPA müşahidəçiləri səsvermə prosesini müşahidə edəcək. Aprelin 12-də isə Azərbaycanda keçirilən seçkilərin monitorinqi ilə bağlı mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, Viorel Rikard Badeanın (Rumıniya) rəhbərlik etdiyi AŞPA missiyasına 33 müşahidəçi daxildir.

İnterpress.az