İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.
\”Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi və ürəkdən gələn təbriklərimi qəbul edin!\” – təbrikdə deyilir.
S.Jeenbekov vurğulayıb ki, İlham Əliyevin inamlı qələbəsi Azərbaycan xalqının Prezidentin ölkənin sabit və hərtərəfli inkişafına yönəlmiş kursuna tam inanmasının göstəricisidir.
O, həmçinin birgə səylər nəticəsində Qırğızıstan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət və inam əsasında daha da güclənəcəyinə, dərinləşəcəyinə əminliyini ifadə edib.
İnterpress.az