Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi yenidən dövlət başçsı seçilməsi münasibətilə təbrik edib.
İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçirilib. Prezidentlik uğrunda 8 namizəd mübarizə aparıb.
MSK-nın ilkin məlumatına görə, hazırkı prezident İlham Əliyev seçicilərin 86%-nin səsini toplamaqla siyahıya liderlik edir.
İnterpress.az