Moldova prezidenti İlham Əliyevi təbrik edibbackend

Moldova prezidenti İlham Əliyevi təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Prezidenti İqor Dodon Prezident İlham Əliyevi Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bu barədə Moldovanın dövlət başçısının saytı məlumat yayıb.

Təbrikdə İ.Dodon seçkilərdəki qələbənin Azərbaycan xalqının İlham Əliyevin ölkənin inkişafı, sabitlik və cəmiyyətdə harmoniya istiqamətində siyasətinə inamını nümayiş etdirdiyini bildirib.

O, iki ölkə arasında konstruktiv dialoq və əməkdaşlığın ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə kömək göstərməyə davam edəcəyinə əminliyini söyləyib.

İnterpress.az