Gürcüstanın baş naziri İlham Əliyevi təbrik edibbackend

Gürcüstanın baş naziri İlham Əliyevi təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

\”Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm! Ölkələrimiz arasında dinamik, qarşılıqlı faydalı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə, bir çox sahələrdəki birgə təşəbbüslərimiz xalqlarımızı və strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyinə tam əminəm\”, – G.Kvirikaşvili \”Twitter\”də yazıb.

Qeyd edək ki, daha əvvəl Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də İlham Əliyevi Azərbaycan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

İnterpress.az