İnterpress.az xəbər verir ki, Komitədən verilən məlumata görə, bu gün bəzi elektron KİV-lərdə Dövlət Gömrük Komitəsinin ləğv edilməsi ilə bağlı məlumatlar yayılıb.
Qurumdan bildirilib ki, cari il yanvarın 19-da “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bununla bağlı media nümayəndələri tərəfindən ünvanlanan suala ətraflı cavab verib:
“Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik”.
İnterpress.az