İnterpress.az xəbər verir ki, dövlət başçısının sərəncamı ilə bu vəzifəyə Fuad Hümbət oğlu Nağıyev təyinat alıb.
Qeyd edək ki, Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. Fuad Nağıyev Bakı şəhərində 23 saylı orta məktəbdə təhsil alıb.1992-1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində AR Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.
2004-2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006-2009-cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə “Bakı Dəmir-Beton-8” ASC-də baş direktor vəzifələrində çalışıb.
2010-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə sahib olub. 2014-2017-ci illər ərzində “1-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb.
6 fevral 2017-ci il tarixindən bu günədək etibarən Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.
Hüquq elmləri namizədidir.
Rus və ingilis dillərini bilir.
Evlidir, üç övladı var.
İnterpress.az