Azərbaycan Prezidenti: “Biz Türkiyə ilə daim bir yerdəyik”backend

Azərbaycan Prezidenti: “Biz Türkiyə ilə daim bir yerdəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Türkiyə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla bir yerdədir. Azərbaycan da bütün beynəlxalq məsələlərdə Türkiyəni dəstəkləyir\”.

İnterpress.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

Dövlət başçısı “Zeytun budağı” əməliyyatının uğurla başa çatması münasibətilə Türkiyə xalqını təbrik edib.

İ.Əliyev bildirib ki, Azərbaycan Türkiyə iqtisadiyyatına 14 mlrd. ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 mlrd. dollardan çox sərmayə qoyub. Prezident qeyd edib ki, yaxın vaxtlarda Trans-Andolu Boru Kəmərinin (TANAP), STAR neft emalı zavodunun açılışı olacaq və bu layihələr imkanları daha da artıracaq.

\”Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin güclənməsi bizi sevindirir. Əziz qardaşımı seçkilərdən sonra Azərbaycana səfərə dəvət edirəm. Seçkilərdən sonra ilk səfərin Türkiyə və Azərbaycana olması ənənəsi bundan sonra da yaşasın. Biz daim bir yerdəyik\”, – deyə dövlət başçısı bildirib.

İnterpress.az