\”Bu il iyunun 20-də Naxçıvan şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə \”Naxçıvan, İslam Mədəniyyətinin Paytaxtı-2018\” adlı tədbirin açılış mərasimi keçiriləcək\”.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dəkkə şəhərində keşirilən İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 45-ci sessiyasında çıxış zamanı deyib.
\”Azərbaycan bütün dünyada İslam dəyərlərini təşviq etmək üçün ardıcıl işləyərək Fransanın məşhur Luvr muzeyində İslam İncəsənəti Bölməsinin təşkilinə fəal şəkildə töhfə vermiş və Vatikanda sərgisini nümayiş edilən ilk müsəlman ölkəsi olub. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib. 2018-ci ildə daha bir qədim Azərbaycan şəhəri olan Naxçıvan bu fəxri ada layiq görülüb\”, – deyə, E.Məmmədyarova əlavə edib.
İnterpress.az