Nuşirəvan Məhərrəmli unikal.org-a açıqlamasında diqqətə çatdırıb ki, milli məclisdə səsləndirilən təklif təbii ki, müzakirə olunmalıdır.
\”Böyük dövlətlərin bir çoxlarında parlament televiziyaları var. Yəni, ərazisi, əhalisinin sayı çox olan ölkələrdə belə televiziyalar mövcuddur. Amma Azərbaycan kimi kiçik ölkələrdə dövlət və özəl televiziya kanallarının sayı kifayət qədərdir. Hesab edirəm ki, bizdə belə televiziya kanalının açılmasına ehtiyac yoxdur\”.
N.Məhərrəmli deputatlara yeni televiziya kanalının əvəzinə mövcud kanallardanistifadə etməyi təklif edib:
\”Fikrimcə, mövcud televiziya kanallarının potensiyalından istifadə edib, Milli Məclisdə gedən məsələləri daha geniş işıqlandırmaq olar. Yəni büdcədən maliyələşən kanallarda Milli Məclisə həsr edilən verilişlərin saatını daha da artırmaq olar. Bu kanallardan istifadə etmək daha məqsədəuyğun olardı. Çünki, yeni parlament kanalı açmaq özü dövlət büdcəsi üçün əlavə vəsait deməkdir. Azərbaycan kimi ölkədə, indiki dövrdə dövlət televiziyalarının bütün dünyada nisbətən azaldılması fonunda yeni büdcədən maliyələşən kanalın açılması biraz doğru olmazdı. Ona görə də, mövcud kanallardan bu məsələ üçün vaxt sayını artırmaq olar. Bununla da Milli Məclisdə televiziya kanalları ilə bağlı səsləndirilən boşluğu doldurmaq olar”.
İnterpress.az