İnterpress.az xəbər verir ki, “Silverstoun” avtodromunda keçirilən yarışı “Mercedes”in pilotu Lüis Hemilton qazanıb.
Karyerasının 80-ci çempionluğuna qovuşan britaniyalı pilot, həmçinin doğma məkanda 6-cı qalibiyyətini əldə edib. İkinci pilləni Hemiltonun komanda yoldaşı Valtteri Bottas, üçüncü pilləni isə “Ferrari”dən Şarl Lekler tutub.
İnterpress.az